IQNA

Qüds böyük müctehidi sionistlərin Məscidul-Əqsaya hücumunu pislədi

10:22 - December 25, 2011
Xəbər sayı: 2244584
Beynəlxalq şöbə: Qüdsün böyük müctehidi bildirdi ki, sionist rejimi qüvvələri müsəlmanları öz dini əsaslarını yaymaq üçün təzyiq altında saxlayır.
İran Quran Xəbər Agentliyi (İQNA): “Məa” Fələstin xəbər bürosunun məlumatına əsasən, Qüdsün böyük müctehidi Məhəmməd Hüseyn bildirdi: Yəhudi şəhər sakinlərinin bir qrupu Məscidul-Əqsaya çox vəhşicəsinə yürüş etmişlər və öz xəbisliklərini bildirmişlər.

Qüdsün müftisi söhbətinə əlavə etdi: Fələstinin digər şəhərlərində olan müqəddəs yerlərə od vurduqlarına və Qüdsdə kilsələrə yürüş etdiklərinə işarə edərək dedi: bu cür hörmətsizliklər sionist rejiminin müsəlmanlara öz dini əsaslarını yaymaq məqsədilə törətdiyi vəhşiliklərdir.
Qeyd olunmalıdır ki, dey ayının 1-i onlarla ifrat yəhudi şəhər sakinləri Beytül müqəddəsə yürüş etdilər. 920789
captcha