IQNA

22:10 - January 05, 2012
Xəbər sayı: 2251838
Beynəlxalq şöbə: İraqın islam ali məclisinin rəhbəri dey ayının 13-ü çıxışı zamanı dedi: Amerika qüvvələrinin İraqdan çıxması bütün İraq firqələrinin fədakarlığı, onların ölkə hakimiyyətinə çatmaq üçün Vətən yolunda qurban olmasıdır.
İran Quran Xəbər Agentliyi (İQNA): “Sutol-İraq” xəbər bürosunun məlumatına əsasən, İraq islam ali məclisinin rəhbəri Seyyid Əmar Əl-həkim işğalçıların İraqdan çıxarılması barədə danışarkən deyirdi: Biz hal-hazırda başdan-başa möhnət, əzab-əziyyət içərisində olan bir dövranla vidalaşırıq və yeni bir dövranı Amerika qüvvələrini İraqdan xaric olması ilə müşahidə edirik və buna çox optimist mövqe ilə yanaşırıq.
Seyyid Əmar Əl-həkim əlavə etdi: Biz bu gün elə bir günü bayram edirik ki, İraq milləti əvvəlki dövrlərdən onun intizarında idi.
İraq islam ali məclisinin rəhbəri dedi: Bu mühüm hadisə İraq millətinin fədakarlığı və kamil ölkə hakimiyyətini əldə etməyə çalışan tayfaların səyidir.
Qeyd olunmalıdır ki, İraq islam ali məclisinin mərasimi işğalçıların İraqdan xaric olması münasibətilə İraq parlamentinin, siyasətçilərin, təhlükəsizlik qüvvələrinin, mədəniyyət nümayəndələrinin geniş iştirakı ilə keçirildi. 928932

Ad:
E-poçt:
* Comment:
* captcha: