IQNA

İslam dünyasının 14 şəhidinin həyat və mübarizələri nəşr olunur

19:35 - January 17, 2012
Xəbər sayı: 2258840
Mədəniyyət və incəsənət şöbəsi: Beynəlxalq Əl-Huda müəssisəsi islam dünyasının 14 şəhidinin həyat və mübarizələri “Polad qırıqları” adlı məcmuədə nəşr olunacaq.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, “Polad qırıqları” adlı 14 cildlik kitabda Şəhid Mustafa Çəmran, Seyyid Əhməd Mutəvəssilin, Seyyid Qütb, Yəhya Əyyaş, Şeyx Əhməd Yasin, Fəthi Şəğaği, Seyyid Abbas Musəvi, Əmad Məğniyyə, Seyyid Arif Hüseyn Hüseyni, Muhəmmədbağır Həkim, Muhəmmədbağır Sədr, Həsən Əlbina, Burhanəddin Rəbbani və Əhməd şah Məsudun həyat və mübarizələri haqda yazılmışdır. Eyni zamanda bu kitab “İslamın oyanışı və islam dünyası cavanları” adlı konfransda cari il bəhmən ayında nəşr olunacaq.
Qeyd olunmuşdur ki, hal-hazırda yazılmaqda olan islam dünyası şəhidlərinin həyat və mübarizələri adlı 14 cildlik kitab fars, ingilis və ərəb dillərində çap olunmuşdur. 935774
captcha