IQNA

19:39 - January 17, 2012
Xəbər sayı: 2258843
Siyasi və ictimai şöbə: Hindistanın Racestan əyalətində “Şeytan ayələri” adlı kitabın yazıçısı Salman Rüşdü əleyhinə xalq nümayişləri davam edir.
İran Quran Xəbər Agentliyi (İQNA): Qərbi və Cənubi Qərbi Asiya məntəqə şöbəsinin məlumatına əsasən, şiə alimləri, əhli sünnə və Hindistanın siyasi alimləri bu ölkə prezidentinə müraciətlərində Salman Rüşdünün Hindistana gəlişinin qarşısını almasını xahiş etmişlər.
Bu hesabata əsasən, dey ayının 23-ü cümə namazı qılınandan sonra Hindistanın müxtəlif şəhərləri geniş xalq etirazlarının şahidi olmuşdur, bu etiraz nümayişləri o cümlədən Racəstan əyalətində çox müşahidə edilmişdir.
Dehlidə də Hindistan alimlərinin milli şurası və bir çox etirazçılar böyük “Center Menter” meydanında nümayişlər keçirmişlər.
Həmin ərəfədə “Umruhe” şəhərinin alimləri də Hindistan dövlətinə bildirmişlər ki, dövlət 22 milyon müsəlman və bir islam təhqirçisi arasından birini seçməlidir. 935135
Ad:
E-poçt:
* Comment:
* captcha: