IQNA

19:40 - January 17, 2012
Xəbər sayı: 2258844
Siyasi şöbə: Amerikalılar öz bacarıqlarına əsasən bilirlər ki, İran İslam Respublikası ilə bəzi sahələrdə, o cümlədən Hörmüz boğazının bağlanmasında mübarizə apara bilməyəcəklər.
İran Quran Xəbər Agentliyi (İQNA): Bəsic xəbər bürosunun məlumatına əsasən, polkovnik Seyyid Məsud Cəzayiri İran qoşununun bacarıq və qüdrəti barədə, xüsusən də Hörmüz boğazının bağlanması haqda danışarkən bildirdi: İranın əsas məqsədi məntəqədəki hərəkatı dəf etməkdir, buna əsasən, bizim ən əsas siyasətimiz Fars körfəzi sularında hər cür təhlükənin qarşısını almaq və onu qorumaqdır.
Eyni zamanda İran İslam Respublikasının və islam dünyasının mənafeyi təhlükə altına düşərsə bizim silahlı ordumuz məntəqədə təşviş yaradanların qarşısında durmaq bacarığına malikdir.
Həmçinin ordunun baş kamandanı dedi: Amerikanın İranla əlaqədar sonuncu addımları təbliğat xarakterlidir, səhnəni ümumiyyətlə tərk etmək əvəzinə çalışırlar ki, özlərinin mövcud olmayan bacarıqlarını nümayiş etdirsinlər. 936093
Ad:
E-poçt:
* Comment:
* captcha: