IQNA

İran və Qətərdə ərəb və fars dillərinin geniş yayılmasına təkid

19:15 - January 18, 2012
Xəbər sayı: 2259515
Mədəniyyət və incəsənət şöbəsi: İran mədəniyyət naziri Qətər universitetinin ərəb dilli kadrları ilə görüşündə ölkədə hər iki dilin-ərəb və fars dillərinin geniş yayılmasının zəruri olduğunu bildirdi.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, İran İslam Respublikasının mədəniyyət naziri Əli İmamzadə Qətər universitetinin ərəb dili şöbəsinin rəhbəri ilə görüşündə dedi: İranda və Qətərdə ərəb və fars dillərinin xüsusən geniş yayılmasına diqqət yetirmək lazımdır.
O bu barədə əlavə etdi: Biz İran universitetlərinin məşhur kadrlarının tanıdılması və tədris sistemində yeni üsulların yaradılması zəminində hazırlıqlara başlamışıq.
İmamzadə həmçinin bildirdi ki, fars və ərəb dillərinin geniş yayılması üçün kitab, dərs vəsaitləri, qəzetlər və müxtəlif onlayn disklər hazırlanmışdır.
Dey ayının 21-i keçirilən görüşün sonunda İran mədəniyyət naziri tərəfindən Qətər universitetinin ərəb şöbəsinin rəhbərinə cib üçün Quran, Yusif Peyğəmbərin (ə) şəkli və s. kimi hədiyyələr təqdim olundu. 936192
captcha