IQNA

Londonun mərkəzi məscidində dini təşkilatların böyük qurultayı keçiriləcək

16:55 - February 03, 2012
Xəbər sayı: 2267486
Beynəlxalq şöbə: Müxtəlif dini təşkilat nümayəndələri müxtəlif dini qruplar arasındakı ixtilafların sona çatdırılması məqsədilə bəhmən ayının 12-i Londonun mərkəzi məscidində toplaşacaqlar.
İran Quran Xəbər Agentliyi (İQNA): «Islam Today» xəbər bürosunun məlumatına əsasən, “Dünya nicatı” adı altında keçirilən bu qurultayda dini təşkilat nümayəndələri müxtəlif dini qruplar arasında ixtilafların tədqiqini keçirəcək və çalışırlar ki, din ardıcılları arasında əlaqələrin yaxşılaşdırılması üçün fəaliyyət göstərsinlər.
Bu qurultay Londonun “Dünya dinləri konqresi” nin təşəbbüsü və “Beynəlxalq din azadlıqları” və “Sülh üçün dini təşkilatlar”nın həmkarlığı ilə keçiriləcək.
İngiltərədə müsəlman rəhbərlərdən biri olan Əbdülcəlil Sacid, Xaxam Ceki Tabik və keşiş Piter ,Uncunz, Budaizm rəhbəri Kiran Bali və Aciyt Sinek bu qurultayın keçirilməsində öhdəçilik daşıyırlar. 944136
captcha