IQNA

Oksfordda islam ticarəti, iqtisadiyyatı və bankçılığı ilə bağlı qurultay keçiriləcək

17:19 - February 03, 2012
Xəbər sayı: 2267502
Beynəlxalq şöbə: İlk islam ticarəti, iqtisadiyyatı və bankçılıq qurultayı cari il bəhmən ayının 22-dən İngilistanın Oksford şəhərində keçiriləcək.
İran Quran Xəbər Agentliyi (İQNA): «oiibf» xəbər bürosunun məlumatına əsasən, Oksfordun islam iqtisadiyyat və bankçılıq müəssisəsi tərəfindən islam bankçılıq, iqtisadiyyat və ticarət sahələrinin xüsusi şöbələrinə yol tapmaq məqsədilə keçirilən bu qurultay gələcəkdə çox geniş fəaliyyətlərə səbəb olacaq.
Bu qurultayda islam iqtisadiyyatının qolları, islamın iqtisadiyyat barəsində nəzərləri, müxtəlif islam ticarət sahələri, islam bankçılıq nəzəriyyələri və s. bu kimi mövzular tədqiq olunacaq.
Islam iqtisadi bazarlarının nəzərləri, islam maliyyə bazarlarının təhlili, dünyada islam iqtisadiyyatı və bankçılığın inkişafının təhlili, islam və qeyri-islam maliyyə sistemlərinin tətbiq üsulları və islam maliyyə sistemlərinin gələcəyi bu qurultayın digər bəhslərini təşkil edəcək. 944986
captcha