IQNA

Qırğızıstanda beynəlxalq islam mədəniyyəti qurultayı keçiriləcək

12:34 - February 08, 2012
Xəbər sayı: 2271164
Beynəlxalq şöbə: “Mərkəzi Asiyada İslam mədəniyyəti” adlı II beynəlxalq qurultay Mərkəzi Asiyanın mədəniyyətini və qədim tarixini dünyaya tanıtmaq məqsədi ilə 1391-ci il mehr ayının 18-20-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.
İran Quran XəbərAgentliyi (İQNA): «IRCICA» xəbər bürosunun məlumatına əsasən, bu üç günlük qurultay mədəniyyət və incəsənət tədqiqatları mərkəzi, İslam Həmkarlar Təşkilatının IRCICA tarixi və incəsənət mərkəzinin təşəbbüsü və Qırğızıstanın “Manas” adlı qırğız-Türk universitetinin həmkarlığı ilə keçiriləcək.
Bu qurultayda Mərkəzi Asiyada tarixin müxtəlifdövrləri, o cümlədən mədəniyyət, elm, incəsənət sahələri, onun ətraf məntəqələri, mədəniyyətin inkişaf mərhələləri, məntəqələrdəki islam mədəniyyəti, islam mədəni irsinin hazırki vəziyyəti və s. mövzular tədqiq ediləcək.
Bu qurultay 4 dildə-ingilis, qırğız, rus, türk dillərində keçiriləcək. Maraqlananlar 91-ci il fərvərdin ayının 11-nə kimi öz məqalələrini oranın mətbuatına göndərə bilərlər.
Qeyd olunurki, bu qurultayın ilk dövrü 2007-ci il Qazaxıstanın paytaxtı Astanada keçirilmişdir. 947387
captcha