IQNA

Yeni tədqiqatlara əsasən yalan irfanların intişarı. Yuqa, onu yaradanların fikrinə görə irfan ayini və eləcə də mənəvi bir məktəbdir

12:51 - February 17, 2012
Xəbər sayı: 2275536
Təfəkkürşöbəsi: İranda Yuqaya bir idman kimi baxılır, bu da tamamilə səhvdir; Həmçinin texnika yalnız hərəkətləri yerinə yetirməkdən ibarət deyil, bəlkə bunu yaradanların fikrinə görə bu bir irfan təlimi və mənəvi bir məktəbdir. Əlbəttə, birsıra texnika və hərəkətlərin qarışığından ibarətdir.


İran Quran XəbərAgentliyi (İQNA): Hövzə və universitet ustadı və yeni mənəvi hərəkatlar barədə 9 cildlik kitabın müəllifi Höccətülislam-vəlmüslimin Doktor Muhəmmədtəqi Fəali ölkə tələbələrinin Quran fəaliyyətləri təşkilatında “ yalançı irfanların zərərlərinin tanıdılması “ adı altında keçirilən 4-cü silsilə iclasda iradlarla çıxış edib.
Fəali Keçən iclaslarda bildirildiki, hal-hazırda da mənəvi tərzdə dünyada fəaliyyət göstərən bütün firqələr və cərəyanları ümumi 7 qrupa bölmək olar. Onlar əsasən, mənəvi hind ayinləri, mənəvi Amerika əqidələri, xristianlıq, yəhudiya Kabala irfanı, Çin irfanı ya buddizm ayinləri və nəhayət çoxcazibəli və təsirli hadisə olan Şərqin filmi adını qazanan mənalı filmlərdən ibarətdir.
O əlavə etdi: İlk növbədə mənəvi hind ayinlərini ümumi iki hissəyə-qədim və yeni mənəviyyatlı irfanlara bölməkolar. Həmçinin qədim ayinlərin özüdə 5 qrupa bölünür: Veda, brahman, Cin, budda və təntərə. Amma bizim sözümüzün əsası budurki, yeni yaranan hind ayin və məzhəblərinin sayı da çoxdur və biz bu iclasda təkcə onların 7 nümunəsindən danışacağıq.
Bu universitet və hövzə müəllimi Hindistanın yeni irfan ayininə işarə edərək xatırlatdı: Bu yeni yaranan yeddi mənəvi əqidəYuqa, Aşu, Saybaba, Ramullah, Krişna, Yuqananda və nəhayət Dalay Lamay Təbti mənəvi ayinlərindən ibarətdir.
Bu təhqiqatçı və tədqiqatçı davamında əlavə etdi: Bu mənəvi əqidələr mübahisə mövzusu olduğu üçün başa düşməliyik ki, bu bəhslər İran baxışı ilə tədqiq olunur, yəni bu mövzular dünyanın digər hissəsi ilə əlaqədar olmalı deyil, bəlkə bu bizim ölkədə yayılan cərəyanlardır. Öz ölkəmizdə Yuqaya bir yarımbucaq altında nəzər salmağımız yaxşıdır.
O hal-hazırda İranın kitab bazarında Yuqaya aid təxminən 200 kitabın mövcud olduğunu bildirərək dedi: İyirmi il ərzindəYuqaya aid 200 kitabın tərcümə və nəşr olunması böyük göstəricidir. Bundan əlavə 1000 saytda Yuqaya aid məlumatlar mövcuddur. Əlbəttə, bizim məqsədimiz hal-hazırda fəaliyyət göstərən saytlardır. Adətən bu cür saytlar çox böyük nəticə və qrafika göstəricisinə malikdirlər.
Ölkədəki Fali Yuqa təlim mərkəzlərinə işarə edərək aydınlıq gətirdi: Təqribi və qeyri-rəsmi statistikaya əsasən, Tehranda təqribən 200 Yuqa təlim mərkəzi fəaliyyət göstərir. Əlbəttə, bu Yuqa mərkəzlərinin bəziləri qeyri-rəsmi və qeyri-qanuni şəkildə fəaliyyət göstərir.
Bu universitet və hövzə ustadı hal-hazırda Yuqa elminin ölkədə 3 jurnalla təbliğ olunduğuna işarə edərək davam etdi: Həmçinin təxminən iyirmi ildir ki, Yuqa elmi cəmiyyəti rəsmi şəkildə fəaliyyət göstərir. Qeyd olunmalıdır ki, qanuni elm cəmiyyətləri öz fəaliyyət proqramlarını təhsil nazirliyinə təqdim edirlər və bu da ölkənin nazirliyinə bağlıdır.
Yuqayaidmankimibaxmaqonaqarşıənböyüktəhqirdir
Fəaliəlavəetdi: HəmçininYuqahərəkətlərin yerinə yetirilmə texnikası ya yol getmək, oturmaq üslubu, yaxud əyilmək tərzi deyildir, bəlkəYuqa onu yaradanların fikrinə əsasən , əlbəttə bir sıra texnika və hərəkətlərlə qarışmış bir mənəvi və irfani ayindir.
Bu təhqiqatçı və ekspert yeni yaranan cərəyanlara işarə edərək bildirdi: Məsihin miladından öncəyə qayıdan Hindistanın bu qədim ayini ona görə yeniyaranan ayinlər sırasına daxil edilirki, hal-hazırdaYuqa ilə əlaqədar qiraətlər və yeni rəvayətlər formalaşmaqdadır. Beləki, buddaizm də hal-hazırda geri qayıtmaqdadır və onun haqqında yeni rəvayətlər müəyyən olunmaqdadır. Buddaizm cərəyanı da Yuqa ayini kimi Miladdan öncəyə aid olması ilə yanaşı həm də Hindistanın yerli dini hesab olunur.
Birinci məsələ budurki, HindistandaYuqanın yeri haradır. O cümlədənYuqa haqqında əsaslı sualları Hindistanın harasında tapmaq olar. Hindistanda 6 din mövcuddur, onlardan 5-i qədimdir və 6-cı din seykməz həbidirki, o da miladi 15-ci əsrə aiddir. Bu 6 dinlə yanaşı 6 fəlsəfi məktəb də mövcuddur. O cümlədən Hindistanın qədim və fəlsəfi məktəblərinə misalüçün “Pure mimansa” və “Vişişiki” ni nümunə göstərmək olar.
Fəali Hindistanın digər fəlsəfi məktəblərinə “Sankiye” ni missal göstərərək dedi: Sankiye iki hissədən-nəzəri və praktiki hissədən ibarətdir. Sanki yeni teriya baxımından mənası budur ki, insane iki hissədən təşkil olunmuşdur. Birincinin adı “praktiki”-dir, sonra cismani və maddi hissə gəlir. İkincinin adını isə “Pruşe” adlandırmaq olar.
Bu tədqiqatçı ekspert davam etdi: Sankiye məktəbinin etiqadı budur ki, insanadişəraitdəbuikihissədənvəfəaliyyətdənistifadəedəbilməz. bu iki hissə-cisim və məna arasında uyğunluq və tarazlıq yarada bilməz. 929308

captcha