IQNA

Brüsseldə şiə məscidinə hücum edən şəxs həbs olundu

14:15 - March 15, 2012
Xəbər sayı: 2292248
Beynəlxalq şöbə:Belçikanın paytaxtı Brüssel şəhərinin polisi, İmam Rza (ə) məscidinə hücum edən şəxsin həbs olunduğunu bildirdi.
İQNA xəbər agentliyinin “republicain” xəbər bürosuna istinadən verdiyi məlumata əsasən, dünən Brüssel polisi İmam Rza (ə) məscidində baş vermiş yanğınla əlaqədar otuz yaşlı bir nəfərin həbs olunduğunu xəbər verdi. Məlumata əsasən saxlanılan şəxs cinayətə etiraf etmişdir.
Məlumatda bildirilir: Saxlanılan şəxs qeyri-qanuni şəkildə Belçika ölkəsinə daxil olduğuna və üç saxta adala bu ölkədə yaşadığına etiraf etmişdir.
Brüssel polisinin verdiyi məlumata əsasən, Sələfilərin tərəfdarı olan bu şəxs bildirir ki, bu məscidin namaz qılanları Suriya hökumətinin tərəfdarı olduqları üçün məscidə hücum etdim. Əsas məqsədim isə Suraiyadan himayə edən Brüssel şiələrini qorxutmaq idi.
Hələlik Belçika polisi bu şəxsin kimliyi və milliyyəti barədə heç bir açıqlama vermir.
971896
captcha