IQNA

“İran İslam iqtidarı İran xalqının hüquqlarını şir kimi qoruyacaq”

11:49 - March 29, 2012
Xəbər sayı: 2295647
Siyasi şöbə: Böyük İslam İnqilabının Ali Rəhbəri İran xalqının müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri önə çəkərək, Novruz bayramı nitqində bu xalqın siyasi, iqtisadi, təhlükəsizlik və hərbi düşmənlərinin hədələrinə cavab olaraq siaysi rəcəz (döyüş meydanında şerlə özünü tanıtdırmaq) oxuyaraq bildirdiki: “İran İslam respublikası İran xalqının hüquqlarını şir kimi qoruyacaq”.

O, hegomonların İranla düçmənçiliyinin səbəbini İran neft xəzinələrinin bu xalqın qeyrətli oğulları tərəfindən rəşadətlə qorunması olduğunu elan etdi.
İQNA xəbər agentliyinin İslami İnqilab Liderinin rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, Böyük İslam İnqilabının Ali Rəhbəri, Cənab Ayətullah Xamənei (Allah ömrünü uzun etsin) 1391-ci il (2012) Bahar bayramının ilk günü İmam Rzanın (ə) ziyarətçiləri qarşısında yeni günəş ilini təbrik edərək İran xalqının müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri önə çəkmiş və hegomonların İranla düçmənçiliyinin səbəbini İran neft xəzinələrinin bu xalqın qeyrətli oğulları tərəfindən rəşadətlə qorunması olduğunu elan edərək, öz nitqində bu xalqın siyasi, iqtisadi, təhlükəsizlik və hərbi düşmənlərinin hədələrinə cavab olaraq siaysi rəcəz (döyüş meydanında şerlə özünü tanıtdırmaq) oxumuş və demişdir: “İran İslam respublikası İran xalqının hüquqlarını şir kimi qoruyacaq”.
Ayətullah Xamənei (Allah ömrünü uzun etsin): “İran xalqının düşmənləri hay-küy salmaq və onları qorxutmaqla, bu qərəman və qorxmaz xalqı inkişafdan və irəli getməkdən saxlamaq istəyirlər...
İran xalqı öz keçən ildəki nailiyyətləri ilə sübut etdi ki, hər şeyə qadirdir...
Keçən ilin mühüm iqtisadi addımlarından biri subsidiyaların ünvanlı edilməsi idi ki, dövlət və millətin həmrəyliyi nəticəsində müvəffəqiyyətlə həyata keçdi … Bunun nəticəsində kasıbların iqtisadi durumu yaxşılaşdı… Enerji və neft-qaz istifadəsində qənaət olundu və düşmənlər bu yolla İran xalqına zərbə vura bilmədilər…
Keçən il xalq iqtisadi, texnologiya və digər sahələrdə müxtəlif uğurlar qazandı… İİR-in elmi inkişaf səthi camaatın xəbəri olduğundan daha çoxdur… İİR-sı elmi sahələrdə 20 faiz inkişaf etmiş və keçən il regionda elmi inkişafın sürəti baxımından birinci olmuşdur… Bütün təhrimlərə baxmayaraq İran xalqının Uraniyomun 20% zənginləşdirilməsi, Biotexnologiya, Nanotexnologiya və Aerokosmik sahələrdə ki, uğurları düşmənləri heyrətə saldı… Halbuki, düşmənlər uraniyomu bizdən almaq və başqa bir ölkədə zənginləşdirmək və sonra bizə satmaq istəyirdilər…
İran cavanların cihad ruhiyyəli olması onları fikir və düşüncə meydanında həmişə qalib edəcəkdir… Bütün sahələrdə ki, uğurlarımız Elmi və İqtisadi cihadımızın səmərəsidir…
Düşmənlər Milli məclis üçün keçirilən seçkiləri baykot etmək üçün əllərindən gələni etdilər. Amma İran xalqının səhnədə əzəmətli görnüşü düşmənlərin arzusunu ürəyində qoydu…
Hegomon dövlətlər bizim nüvə enerjisindən istifadə etmək istəyimiz olduğu və öz təbii sərvətlərimizi (neft-qaz) qüdrətlə qoruduğumuz üçün bizimlə düşməndirlər… Onlar bizim geri çəkiləcəyimizi düşünürlərsə böyük səhv edirlər… Onlar öz zəifləməkdə olan qüdrətlərini hay-küy salmaqla saxlamaq istəyirlər… Əlbəttə onlar (Amerika və İsrail) axmaqlıq edib bizə hücüm etsələr, biz onlarla özlərinin döyüşdüyü silahla döyüşəcəyik!...
Bu ili “Milli istehsal və İranın iş və kapitalından himayət” ili adlandırmışıq. Bu mühüm hədəfin həyata keçməsində hamı məsuliyyət daşıyır…
İslamın gəlcəyi işıqlıdır. İİR-in keçən illərdə bütün hiylə və hiyləgərlərə qələbə çalması bunun aşkar sübutudur…”
974408
captcha