İQNA xəbər agentliyinin Küveyt çapı “Əlqəbəs” qəzetinə istinadən verdiyi məlumata əsasən, Küveyt İslami İşlər və Vəqflər Nazirliyi müavini Adil Əlfəlah, 7 apreldə, Küveyt beynəlxalq Quran yarışması barədə təşkil olunmuş xüsusi mətbuat konfransında bildirdi: Müsabiqədə iştirak etmək üçün 56 ölkə dəvət olunmuşdu. Lakin 50 ölkə bu yarışa qatılmaq üçün hazır olduğunu bildirdi.
Adil Əlfəlah bu müsabiqəyə 90 iştirakçının qatılacağına diqqət çəkərək yarışa qatılan 46 ölkənin İslami ölkə, 4 ölkənin isə qeyri İslami ölkə olduğunu xüsusi olaraq vurğuladı. Müsabiqədə iştirak edən qeyri İslami ölkələr Rusiya, Afrika, Bosniya və Serbiya ölkələridir.
Adil Əlfəlah bildirdi: Müsabiqə aprelin 11-dən başlayaraq 18-nə qədər davam edəcək.
O sonda Küveytli vətəndaşları müsabiqəni yaxından izləməyə dəvət etdi. 980594