IQNA

Fransa Müsəlman Cəmiyyəti bu ölkədə məscid yandırılmasını məhkum etdi

11:28 - April 12, 2012
Xəbər sayı: 2303223
Beynəlxalq Qrup: Fransa Müsəlman Cəmiyyəti bəyanat verərək qərəzli şəkildə Fransanın ‘Ajaksiyo' şəhərindəki məscidin yandırılmasını məhkum etdi.
İQNA xəbər agentliyinin ‘Lermf' xəbər bürosuna istinadən verdiyi məlumata əsasən, qəsdli olaraq Ajaksiyo şəhərindəki məscidin yandırılmasının ardından bu ölkənin müsəlman cəmiyyəti bəyanat verərək bu hadisəni şiddətlə məhkum etdi.

Bəyanatın bir hissəsində belə yazılır: Bazar ertəsi gecə saatlarında İslam düşmənləri Ajaksiyo şəhərinin məscidinə hücum edərək bu ibadət məkanının divar və qapılarının üzərinə müsəlmanlara təhqir edici şüarlar yazaraq oranı yandırdılar.

Bəyanatın davamında Fransa müsəlman cəmiyyəti bu hadisəni şiddətlə məhkum edərək bildirdi ki, İslam düşmənləri və irqçilər hal-hazırda vətəndaşlar arasındakı qardaşlıq, dostluq və sülh simvolu olan müqəddəs məkanlara hücum etməkdədirlər.

Eyni halda Fransa müsəlman cəmiyyəti dövlət səlahiyyətlilərindən belə hadisələrin qarşısını almaq üçün tədbirli olmalarını və tez bir şəkildə bu hadisənin məsullarının həbs olunmalarını tələb etdi.

Bəyanatın sonunda Fransa müsəlman cəmiyyəti Kors adası müsəlmanlarıyla eyni dərdi paylaşaraq onlarla birlikdə olduqlarını açıqladı və heç bir şəkildə fürsətçilərə vətəndaşlar arasında təfrəqə salmaq üçün fürsət verməmələrini istədi. 982504
captcha