IQNA

Beynəlxalq Libya sərgisində İran mədəniyyətiylə əlaqədar əsərlər sərgiyə qoyuldu

11:52 - April 12, 2012
Xəbər sayı: 2303236
Mədəniyyət və Sənət şöbəsi: Libyadaki İran Mədəniyyət nümayəndəliyi bu ölkədə təşkil edilən Trablos beynəlxalq sərgisində İran mədəniyyətiylə əlaqədar əsərləri sərgiyə qoydu.
İQNA xəbər agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatı şöbəsinə istinadən verdiyi məlumata əsasən, bu sərgiyə müəssisələr, ticari mərkəzlər və səkkiz xarici ölkənin şirkətləri qatıldı.

İran mədəniyyət nümayəndəliyi dastan filmləri ilə yanaşı İranın turistik yerlərini və təbiətini tanıdan sənədli flimlər də təqdim etdi.

Bu sərgidə həmçinin İranınn əl sənətləri, məzhəbi yazıların olduğu tablolar və əl xalçaları ziyarətçilərə təqdim olundu. 982362
captcha