İQNA xəbər agentliyinin Asiyanın qərb və cənub-qərb bölgəsi üzrə şöbəsinin verdiyi xəbərə əsasən Seyid Sadiq Kəlb – bu ölkənin dini mütəfəkkiri, xətib və müxtəlif dini idarə və mədrəsələrin rəisi, aprelin 13-də Otar Pradeş əyalətinin ali məclisinə Hindistan şiələri adından məktub göndərmiş və Hindistan dövlətinin bu ölkədəki şiələrin vəziyyəti ilə maraqlanmasını istəmişdir.
Məktubda deyilir: "Hind dövlətinin şiələrin durumu və istəkləri ilə maraqlanmaması bu ölkənin istiqlaliyyətindən bu günə gədər davam etməkdədir. Bu bir haldadır ki, başqa məzhəblərin ardıcılları az olmalarına belə baxmayaraq parlamentə nümayəndə də göndərirlər. Amma şiələr seçkilərdə başqa məzhəblərin nümayəndələrinə səs vermək məcburiyyətindədirlər".
İndi şiələr Hind ali rütbəlilərindən bu məktubun cavabını gözləyirlər.
985253