İQNA xəbər agentliyinin "haberciniz" saytına istinadən verdiyi xəbərə görə bu kitabda "Bilecik" universitinde keçirilən toplantılar zamanı şərqşümaslar tərəfindən Peyğəmbərin (s) həyatına aid yazılan məqalələr yer almışdır.
Kitabda Peyğəmbərin (s) Türkiyə mədəniyyətində təsiri, müsəlmanların Nəbəvi (s) sünnətindən dərki, Osmanlı dövrünün Peyğəmbər (s) haqqında yazıları və qeyri müsəlmanların Peyğəmər (s) sünnəti haqqında düşündükləri kimi mövzular müzakirə edilmişdir.
Bilecik universitetinin rəisi Əzmi Özcan kitab haqqında dedi: "Peyğəmbərimiz (s) elə bir şəxsiyyətdir ki, onun haqqında 15 əsr müxtəlif fikir və nəzəriyyələr isrəli sürülmüşdür. Müxtəlif dinlərdən olan alimlər onun (s) həyatını araşdırmış və yeni nöqtələr ortaya çıxarmağa çalışmışlar. Buna görə də bu araşdırmaları tapıb bir kitabda toplamaq əhəmiyyət kəsb edən bir məsələdir".
Kitab Türk dilində Bilecik universitetinin çapxanası tərəfindən nəşr edilmişdir.
987612