IQNA

Türkiyə Diyanət Təşkilatının televiziya kanalı fəaliyyətə başlayacaq

16:54 - April 22, 2012
Xəbər sayı: 2310142
Sənət və Mədəniyyət şöbəsi: Türkiyə Diyanət İşləri Başçısı Məhəmməd Gürbüz bu təşkilatın ən qısa zamanda bir televiziya kanalı açacağını söylədi.
İQNA xəbər agentliyinin məlumatına əsasən,Türkiyə Diyanət İşləri Başçısı, Türk Radio və Televiziya Təşkilatı ilə imzalanan müqaviləyə diqqət çəkərək bildirdi: İlk mərhələdə bu televiziya kanalı təkcə İslami bayramlarda proqramlarını yayımlayacaqdır.

Gürbüz, TV kanalın bu il mübarək Ramazan ayında rəsmi olaraq yayıma başlayacağını və dini mövzularda proqramların yayımlanacağını söylədi.

Türkiyə Diyanət İşləri Təşkilatı bu ölkənin Baş nazirinə bağlı dini mövzularda tək rəsmi müraciət mənbəidir.

Türkiyədə mövcud olan bütün məscidlərin idarəsi bu təşkilatın məsuliyyətindədir. Cümə imamları və imam camaatlar bu təşkilatın işçiləridir. 990336
captcha