IQNA

"İslam iqtisadının başqa iqtisadi məktəblərlə əsas fərqi: Fiqh, Əxlaq, Fəlsəfi və ideoloji əsaslardadır"

9:42 - April 25, 2012
Xəbər sayı: 2312141
Siyasi-İctimai qrup: İqtisadi meyarların bir-birindən fərqlənməsi Fəlsəfi və ideoloji əsaslara bağlıdır. İslami iqtisad göstəriciləri hər bir işi əxlaq və qanun (fiqh) normaları əsasında qiymətləndirir.
Buna görə də İslam iqtisadını tanıtdırmaq üçün öncə bu iqtisadi məkətbin fəsləfi və dünyagörüşü əsaslarını araşdırmalı, sonra isə, İslam iqtisadının əxlaqi və qanuni tərəfləri dəyərləndirməlidir.
İQNA xəbər agentliyinin verdiyi xəbərə əsasən aprel ayının 24-də "İslam iqtisadiyyatı nəzəriyyəsi" toplantılarının birinci konfransı "Quran baxımından iqtisadi sistem" adı altında Höccətul-islam Seyid Hüseyn Mirmuizzinin - İslam meyarları ali şurasının üzvi, iştirakı ilə keçirildi.
Höccətul-islam Mirmuizzi çıxışlarında dedi: "İslami iqtisad sistemində bir-neçə iş öndə durur: 1). İslmai iqtisad sistemini Qurandan düzgün şəkildə ixrac etmək; 2). İslam iqtisadının tərifi və onun icrasının izahı; 3). Quranın sağlam iqtisad haqqında dediklərini araşdırmaq".
O dedi: "Biz dünyəvi elmlərlə ələ gətirdiyimiz iqtisadi qanunların xırdalıqlarını Quran meyarları ilə məhək vurmalıyıq".
O dedi: "İslam iqtisadiyyatı barəsində ilk dəfə sistematik bəhs edən ilk müsəlman alim Şəhid Sədr olmuşdur. Şəhid Sədrin "Təfsir müqəddiməsi", "Mədrəsətul Quraniyyə" və "İqtisaduna" kitablarında bu barədə məsələlər araşdırılmışdır".
"İslam iqtisadı" kitabının müəllifi deyir: "İqtisadi sistem rəftar və rabitələrdən ibarət olan bir məcmuədir ki, istehsal, paylama və istifadə mərhələlərində inkişaf, ədalət və təhlükəsizlik üsullarına nəzarət edir".
Höccətul-islam Mirmuizzi dedi: "Şəhid Sədrin fikrincə bizim bir iqtisadi məzhəb və bir iqtisadi sistem varımızdır. İqtisadi məzhəbizmiz iqtisadi sistemimizin əsaslarını və insanlar arasında rəftari sərhədləri (zaman və məkan amilini nəzərə alaraq) ədalət əsasında təyin edir".
"İslam iqtisad elminin fəlsəfəsi" kitabının yazarı dedi: "Bəyənilmiş rəftari meyarlar (istehsal, istifadə, alver, kapital yatırma və s...) və İqtisadi və bazar ülgüləri İslam və Quran baxımından izah olunmuşdur... İslam iqtisadiyyatı ideologiyası Tohid və Axirətə inanmaq dünyagörüşünə əsaslanır. Və bu da onu başqa iqtisadı məktəblərlə əsaslı qərqləndirir".
992350
captcha