İQNA xəbər agentliyinin "RADİKAL" saytına istinadən verdiyi xəbərə görə Əbdüş-Şəkur Hüseyn – Malaziya Milli Dini Fətva Komitəsinin rəisi, may ayının 6-da bu məsələni açıqlayaraq deyib: Yürüş, qiyam, üsyan, mutasiya, inzibatı pozmaq, ictimai gərginlik yaratmaq və dövləti yıxmaq üçün düzənlənən hər növ mitinq İslam təlimləri baxımından haramdır.
Bu fətva Malaziyada keçən şənbə günü olan mitinq və Baş Nazirin bunun dövləti yıxmaq üçün olduğunu dediyinin ardınaca verildi.
Qeyd edək ki, keçən şənbə 10 minlərlə malaziyalı ölkədəki seçki qanununa etiraz olaraq Kualalampurun İstiqlal meydanında mitinq keçirmişdilər.
1002369