İQNA-nın (İRAN QURAN XƏBƏR AGENTLİYİ) Mərkəzi Asiya şöbəsinin " Kazakhstan Today" nəşriyyəsinə istinadən verdiyi xəbərə görə Asxat Bekenov – Milli Məclisin üzvi, öz nitqlərində Vəhabilərin qeyri-rəsmi fəaliyyətlərinə işarə edərək bu ölkədə Vəhabi təfəkkürünün yayılmasının qarşısının alınmasına təkid etdi.
O dedi: Hal-hazırda Qazax cavanlarının 15 faizi Vəhabi təfəkkürünün təsiri altına düçüblər. Dövlət dini müəssisələr və məscid təlimlərinə nəzarət edərək bu pis hadisənin genişlənməsinin qarşısını alsın.
Asxat Bekenov xatırlatdı ki, hal-hazırda Qazaxıstanda olan Vəhabilər əsasən " Aktobe" və " Uralsk " vilayətində toplanaraq kitab və CD-lər paylamaqla məşquldurlar.
Bekenov bu ölkənin dini alim və mütəfəkkirlərini və həmçinin dini müəssisələri Vəhabilərin əqidəsinin qarşısını almağa dəvət etdi.
1008940