İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi məlumata görə, ilk öncə kilsə və məscid ünvanı ilə fəaliyyət göstərən Türkiyənin Ayasofya muzeyinin 1934-cü ildə fəaliyyəti dayandırılıb. Minlərlə Türkiyə müsəlmanları muzeyin əvvəlki fəaliyyətinin qaytarılması və dini fəaliyyət qadağasının götürülməsi məqsədilə mzeyin qarşısında namaz qılıblar.
Müsəlmanlar namazdan öncə "Zəncirləri sındırın, Ayasofya məscidini açın" şüarları səsləndiriblər.
Türkiyənin dünyəvi qanunlarına əsasən altıncı əsrə aid edilən bu muzeydə müsəlman və xristianlara namaz qılmaq qadağan edilib.
Min il öncə adı gedən muzey dünyanın ən böyük kilsəsi olub sonra isə osmanlılar tərəfindən 15 əsr məscid kimi istifadə edilib.
"Əl-Ərəb Onlayn"ın məlumatına əsasən, Türkiyə dövləti müsəlman və xristianların bu tələblərini qəbul etməyib.
1017540