IQNA

Dağıstanlı tələbələr Təməttö Həcci ziyarətinə ödənişsiz göndəriləcəklər

9:37 - May 30, 2012
Xəbər sayı: 2337464
Siyasi-İctimai qrup: Dagıstan respublikasının Müsəlmanlar Dini İdarəsinin mətbuat xidməti may ayının 27-də elan edibdir ki, “Süleyman Kərimov” adına xeyriyyə fondu Təməttö Həcci ziyarətinə getmək istəyən tələbələri bu mənəvi səfərə öz hesabına (xeyriyyə fondu hesabına) və ödənişsiz göndərəcəkdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Avropa regionu üzrə şöbəsinin verdiyi xəbərə görə Dagıstan respublikasının Müsəlmanlar Dini İdarəsinin mətbuat xidməti deyib: Maxaçqala Milli İqtisad universitetinin rəis və müavinlərinin iştirakı ilə Milli İqtisad universitetinin tələbələri arasında püşk atılıb və adı çıxan beş nəfər tələbə Təməttö Həcci mənəvi ziyarətinə ödənişsiz göndəriləcəklər.
Qanuna əsasən “Süleyman Kərimov” adına xeyriyyə fondu 48 nəfər imkansızlıqdan indiyədək Həccə gedə bilməyən tələbələrin arasından beş nəfəri püşk atma yolu ilə seçib adlarını Təməttö Həcci mənəvi ziyarətinə getmək üçün elan etdi.

1019170
captcha