IQNA

Qırğızıstanda “İmam Xumeyni (r.ə) və İnsani Ləyaqət və Dəyərlər” toplantısı keçirildi

17:42 - June 02, 2012
Xəbər sayı: 2339432
Elm və Düşüncə qrupu: Böyük İslam İnqilabının Dahi Rəhbəri İmam Xumeyninin (rə) vəfatının 20-ci il dönümünün yaxınlaşması münasibətilə Qırğızıstanda İİR-in Mədəni Əlaqələr nümayəndəliyi “İmam Xumeyni (r.ə) və İnsani Ləyaqət və Dəyərlər” elmi-dini-ədəbi toplantı keçirildi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslami Əlaqələr və Mədəniyyət şöbəsinin verdiyi xəbərə görə bu iclas İİR-in Mədəni İşlər Nümayəndəsi, Rəhim Canov – İran və Qırğızıstan dostluq təşkilatının rəisi, həmçinin bir çox siyasi, ictimai, məzhəbi şəxsiyyətlər, Universitet ustad və tələbələri, KİV adamları və Qırğızıstanın İranlı və Azərbaycanalı sakinlərinin iştirakı ilə keçirildi.
İclasda Məhəmmədhüseyn Abidini - İİR-in Mədəni İşlər Nümayəndəsi, İmamın həyatə barədə danışdı və bu barədə qısa klip göstərildi. Qonaqlara Rus dilində kitab, CD (Həyat Suyu, Tohidin Nidası) və İmam Xumeyninin hikmətli kəlamları (Qırğız dilində) paylandı.
Toplantı may ayının 31-də keçirilmişdi.

1022375
captcha