IQNA

İmam Kazımın (ə) şəhadət günü Bağdadda güclü təhlükəsizlik tədbirləri həyata keçiriləcək

11:14 - June 04, 2012
Xəbər sayı: 2339854
Beynəlxalq qrup: İyun ayının 16-da İmam Kazımın (ə) şəhadət mərasimi günü təhlükəsizlik və rifah tədbirləri qüvvələri Bağdad Şəhər İcra Hakimiyyəti tərəfindən gücləndirilmiş iş rejimində işləyəcəklər.
İQNA-nın “Əsvat əl-İraq” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Bağdad Şəhər İcra Hakimiyyəti iyun ayının 16-da İmam Kazımın (ə) şəhadət mərasimi günü milyonlarla ziyarətçini qəbul etməyə hazır olduğunu elan edib.
Nəim Əl-Kəəbi - Bağdad Şəhər İcra Hakimiyyəti işçisi, deyib: İyun ayının 16-da İmam Kazımın (ə) şəhadət mərasimi günü üçün xüsusi tədbirlər görmüşdür. Zairlərə xidmət etmək üçün xüsusi dəstələr ayrılmışdır. Kazimeyn qəsəbəsinə giriş olan 4 istiqamətdə rifahi xidmət dəstələri hazır olacaqlar.
Bu plana əsasən İmam Kazım (ə) hərəminə giriş olan bütün əsas və xırda yollar təmizlənib, istirahət yerləri hazırlanıb, səhiyyə və tibbi avadanlıqlar xidmət etmək üçün hazır vəziyyətdədirlər.
1021446
captcha