İQNA-nın (İran Quran Xəbər Agentliyi) Həzrət Ayətullah İmam Xaməneinin əsərlərinin qorunması və nəşri dəftərxanasının informasiya blokuna istinadən verdiyi xəbərə görə o həzrətin “Şəbaniyyə münacatı” haqqında yaddaşlarında belə yazılıb:
“Bismillahir-rəhmair-rəhim. Dua möminin vəsiləsi, müztərrin ümid yeri, zəif və cahil insanın Elm və Qüdrətin feyz verici mənbəi ilə rabitəsidir. İnsan Allahla mənəvi rabitədə deyilsə, Zatən Varlı və ehtiyacsız olana niyaz əlini açmayıbsa həyatın müxtəlif mərhələlərində heyran, köməksiz, aciz qalıb və korlanmış və cılızlaşmışdır.
«قُلْ مَا یَعْبَؤُاْ بِكُمْ رَبِّی لَوْلا دُعَآؤُكُمْ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ یَكُونُ لِزَاماً»
“(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!”
Ən yaxşı dua budur ki, Allaha eşq ilə olan mərifət və insanın niyazlarına olan arifanə bəsirət (Allahın böyüklüyün və insanın cılızlığın dərk etmək) ilə inşa olsun. Belə duanı yalnız Peyəmbər (s) və onun pak Əhli-Beytinin (ə) – ki, Peyğəmbərinin (s) elminin, hikmətinin varisidirlər - məktəbində axtarıb tapmaq olar.
Şükürlər olsun Allaha ki, bizim, Əhli-Beytdən (ə) rəvayət olunmuş tükənməz və sonsuz dua xəzinəmiz vardır. Bu dualar insana səfa, səmimiyyət, mərifət, bəsirət, kamal və məhəbbət bəxş edir və bəşəri çirkinliklərdən paklayır.
“Şəban münacatı” da belə dualardan biridir. Rəvayətdir ki, Əhli-Beyt (ə) həmişə bu münacatı oxuyublar. Bu duanın arifanə ləhni, bəyan gözəlliyi, ali məzmunu və çox dəyərli dini maarifi vardır ki, bunun oxşarını başqa dillərdə və adi danışıqlarda görmək olmaz. Ümumiyyətlə ərəbcədəki bəyanı ilə ona oxşar yartamaq və ya onun kimi yenisini inşa etmək (adi insanlar üçün) mümkün deyil.
Bu münacat razu-niyaz, yalvarış və Allahın saleh və seçilmiş bəndələrinin öz məbudu ilə rabitə qurma halının vəsfi üçün ən kamil nümunədir. Bu dua həm İlahi maarif dərsi, həm Allahadan necə istəməyi öyrədən bir nümunədir.
İmam Zeynul-Abidinin (ə) 15 münacatının Əhli-Beytdən (ə) nəql olunan rivayi duaların bariz nümunəsi olmasından əlavə daha bir xüsusiyyət və imtiyazı budur ki, möminin müxtəlif hallarına və zamanlarına uyğun olaraq inşa edilmişdir.
Allah-Taala hamımıza bu mübarək dualar hörmətinə və bərəkətinə özümüzü islah etmək və feyzə nail olmaq tofiqini inayət etsin. Amin. (01, 10, 1369 = 22.12.1990).
1034169