IQNA

İslam İnqilabı Rəhbərinin (Ayətullah Seyid Əli Xamənei) Quran yarışlarının keçirilməsinə maraqı bu müsabiqələrin beynəlxalq səviyyədə müvəffəqiyyətinin əsas amilidir

23:57 - June 23, 2012
Xəbər sayı: 2352711
Beynəlxalq qrup: İİR-in Quran yarışlarının başqa ölkələrdə keçirilən Quran yarışları ilə müqayisədə xüsusi özəllikləri vardır ki, bu xüsusiyyətlər bu mədəni hadisəyə dünyada və beynəlxalq ərsələrdə uğurlar qazandırmışdır. Bunun səbəbi kimi İslam İnqilabı Rəhbərinin (Ayətullah Seyid Əli Xamənei) və İran İslam respublikasının Quran yarışlarının keçirilməsində maraq və səyini göstərmək olar.
Beynəlxalq Quran yarışıarının 29-cu turunun “səs” məqamları üzrə Livanlı hakimi Təlal əl-Mismar İQNA (İran Quran Xəbər Agentliyi) ilə müsahibəsində dedi: “Allaha şükürlər olsun ki, İİR kimi bir ölkə dəqiq proqramlaşdırma ilə Qurani-Kərimin maarif və mədəniyyətini yaymaq uğurunda dünya səviyyəsində çalışır və münasib şərait və zəminə yaratmaqla müsəlman övladlarını Quran mədəniyyəti süfrəsi ətrafında bir yerə toplayır...
Mən fürsətdən istifadə edir və Quran mədəniyyətinin yayılması üçün belə münasib zəminələr yaratdığı üçün Həzrət Ayətullah Xamənei cənablarına öz səmimi minnətdarlığımı bildirirəm...
Yarışda iştirak edənlərin hamısına uğurlar diləyirəm...
Qeyd etmək istəyirəm ki, bu il müsabiqə çox ali səviyyədə keçirildi... bu müsabiqənin əsas imtiyazlarından biri də dəqiq proqramlaşdırma və hakimlər heyətinin doqquz islami ölkədən seçilməsində gözəl diqqət olunmasıdır.
1035541
captcha