İQNA-nın (İran Quran Xəbər Agentliyi) “elnashra” saytına istinadən verdiyi xəbərə görə Höccətul-İslam vəl-Müslimin Qazi Əsgər - Ali Dini Rəhbər Ayətullah Xaməneinin Həcc və Ziyarət işlərində nümayəndəsi və İranlı Hacıların başçısı dünən (23 iyun) regional “Həcc və İslam oyanışı” seminarında iştirak etmək üçün Livana səfər edərək Livan Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb müzakirələr etdi.
Qəzənfər Rüknabadinin – İİR-in Livandakı səfiri, iştirakı ikə keçirilimiş bu görüşdə region hadisələri və İİR-in Həcc işləri zəmnindəki fəaliyyətlərindən söhbət açılmışdır.
Livan Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah müsəlmanların birliyinin əhəmiyyətini vurğulayaraq İranın bu zəmində müsbət addımlarına işarə etmiş və İİR-in regionda və dünyadakı vəhdət siyasətindən məmnun qaldığını bildirib təşəkkür etmişdir.
O, həmçinin tarix boyu regiondakı bütün ixtilaflarda işğalçı və istismarçı qüvvələrin əli olduğuna işarə etmişdir.
Höccətul-İslam vəl-Müslimin Qazi Əsgər - Ali Dini Rəhbər Ayətullah Xaməneinin Həcc və Ziyarət işlərində nümayəndəsi, bu seminarın müvəffəiyyətlə keçirilməsi və onun əhəmiyyətnə işarə edərək dedi: İİR İslam İnqilabının ilk günlərindən müsəlmanları vəhdətə çağırmış və Həcci müsəlmanların birliyi üçün ən əsas amil saymışdır.
1036494