IQNA

Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müqəddəs dini kitabların Azərbaycana gətirilməsi qaydasının sadələşdirilməsini istəyir

8:11 - June 26, 2012
Xəbər sayı: 2354451
Beynəlxalq qrup: Azərbaycan respublikası Dini Qrumlarla İşlər üzrə idarənin rəisi Elşad İskəndərov deyib: “Qurani Kərim və digər müqəddəs dini kitabların ölkəyə gətirilməsi qaydasının sadələşdirilməsi təklifi ilə çıxış etmək niyyətindəyik”.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) “APA” saytına istinadən verdiyi xəbərə görə Azərbaycan respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Qurani Kərim” və digər müqəddəs dini kitabların ölkəyə gətirilməsinin sadələşdirilməsi təklifi ilə çıxış etmək niyyətindədir. APA-nın məlumatına görə, bu barədə komitə sədri Elşad İskəndərov bildirib.
O deyib ki, hazırda müqəddəs dini kitabların ölkəyə gətirilməsində problemlər var: “Hesab edirəm ki, bu prosesin sadələşdirilməsi daha yaxşı olardı və biz bununla bağlı təkliflərlə çıxış edəcəyik”.
E. İskəndərov onu da qeyd edib ki, hazırda ölkədə dini kitabların satışını həyata keçirən mağazalara xüsusi icazənin verilməsi prosesi gedir: “İndiyədək Bakıda 25 belə mağazaya icazə verilib. Bu işlər başa çatdıqdan sonra müxtəlif yerlərdə, o cümlədən metro keçidlərində və digər obyektlərdə dini kitabların satışına nəzarət məqsədilə monitorinqlər keçiriləcək”.
Qeyd edək ki, İlham Əliyev dövlətinin anti-İslam siyasətləri həmişə bu ölkənin vətəndaşalrı tərəfindən etirazla qarşılanmışdır. Məscidlərin viran edilməsi və dini fəalların həbs edilməsi bu dövlətinin anti-İslam siyasətinin kiçik bir hissəsidir ki, bu dövləti dünyada İslam dininin müxalifi kimi tanıtdırmışdır.
1037033
captcha