IQNA

Mübarək Ramazan ayından bir həftə qabaq Beynəlxalq Quran sərgisi keçiriləcək / Bu ilin şüarı:“Quran, Oyanış mədəniyyəti”

20:56 - June 27, 2012
Xəbər sayı: 2356076
Quran üzrə fəaliyyətlər qrupu: İslami Mədəniyyət və İrşad Naziri mübarək Ramazan ayından bir həftə öncə başlayacaq İİR-in 20-ci Beynəlxalq Quran sərgisinə işarə edərk dedi: Bu il Quran sərgisinin şüarı “Quran, Oyanış mədəniyyəti”dir. Ümid edirəm bu cür addımlarla belə bir mədəniyyət həmişəlik olsun.
Seyid Məhəmməd Hüseyni – İİR-in İslami Mədəniyyət və İrşad Naziri, İQNA (İran Quran Xəbər Agentliyi) ilə müsahibəsində bu məsələyə işarə edərək deyib: Bu il İİR-in20-ci Beynəlxalq Quran sərgisi qabaqkı illərə nisbət də gözəl keçiriləcəkdir. Bu il müxtəlif dövləti və qeyri-dövləti qurum və müəssisələr fəal şəkildə bu sərgiyə qoşulacaqlar.
Bu il nümayışgahın bir hissəsni də “İtrət” üçün ayırmışıq ki, bu bölmədə Nəhcül-bəlağə və Səhifətus-səccadiyyə haqqında kitablar sərgilənəcək.
Nümyaişgahda həmçinin İmam Rza (ə) və İmam Hadinin (ə) Cameətul-Kəbirə ziyarətnaməsi haqqında bölmələr nəzərdə tutulmuşdur.
Bu ilki sərgidə yeni müsəlmanlar üçün də maraqlı proqramlar hazırlanmışdır.

1038098
captcha