Siyasi-İctimai qrup: Vəliyyi Fəqihin Fars vilayətindəki nümayəndəsi Şəban ayındakı bayramların məzhəbi qaydada, mənəviyyatlı, əzəmətli və gözəl keçirilməsinin lazım olduğunu vurğulayaraq dedi:”Həqiqi İntizar (İmam Zamanın (ə.c) zühurunu gözləmək) İslam Əxlaqının ictimaiyyətdə möhkəmlənməsi üçün çalışmaqdır “.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Fars şöbəsinin verdiyi xəbərə görə Ayətullah Əsədullah İmani - Vəliyyi Fəqihin Fars vilayətindəki nümayəndəsi, Şirazda qılınan bu günki cümə namazının (29 iyun) xütbələrində dedi: İntizar zühur üçün zəminə hazırlamaq deməkdir (rahat oturub Ağanın gəlişin gözləyən Müntəzir sayılmır) . Təəssüflər olsun ki, bəziləri İntizarın mənasını doğru anlamamış və deyirlər ki, İmam Zaman (ə.c) dünyanı günah bürüyən zaman gələcək və yer üzünü ədalətlə dolduracaqdır. Buna görə də günah və fəsadın çoxalmasının qarşısında laqeydcəsinə susmuşlar (və bunu zühur üçün lazımlı bilirlər.)… Amma həqiqi İntizar (İmam Zamanın (ə.c) zühurunu gözləmək) İslam Əxlaqının və ədalətin ictimaiyyətdə möhkəmlənməsi üçün çalışmaqdır. Buna görə də Şəban ayının bayram mərasimləri bu yöndə bir addım olmalıdır... Şəban ayının bayramları zühur intizarının simvolu olmalıdır. Bu bayramlardan təkcə şadlıq və əyləncə üçün istifadə etməməli, bəlkə bu fürsətdən istifadə edib Mehdiçilik etiqadını möhkəmləndirməliyik “.
1040658