IQNA

İnsanın ailə və yaxınlarına qarşı diqqətli olması “وَثِیَابَكَ فَطَهِّرْ – Və siyabəkə fətəhhir” – (və libasını təmizlə və pak et) ayəsinin təfsirlərindən biri hesab olur

19:45 - June 29, 2012
Xəbər sayı: 2356782
Siyasi-İctimai qrup: İnsanın ailə və yaxınlarına qarşı diqqətli olması Müddəssir surəsinin 4-cü ayəsinin - “وَثِیَابَكَ فَطَهِّرْ – Və siyabəkə fətəhhir” – (və libasını təmizlə və pak et), təfsirlərindən biri hesab olur. Yəni dindar insan ailə, qohum-qardaş və yaxınları ilə yaxşı və yaxın ünsiyyət qurmalı, onlara qarşı diqqətli olmalıdır. Allah-Taala ilə yaxın olmaq istədiyi kimi ətrafındakılar ilə də yaxın olmalıdır.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Höccətul-İslam vəl-müslimin Kazım Siddiqi – Tehranın müvəqqəti İmam Cüməsi, bu gün (29 iyun) cümə namazında təqvanın Allaha yaxınlaşmaqda ifa etdiyi rola işarə edərək namazqılanları İlahi təqvaya tövsiyə etdi və Müddəssir surəsinin 4-cü ayəsinin təfsirində dedi: Allaha bəndəlik etmək istəyən özünü hirs, tamah, təkəbbür, kinə, həvəs və haram şeylərdən uzaq saxlamalıdır.
Bu kimi sifətlər insanın qəlbini daşlaşdırır, göz yaşını və ürək yanğısını onun əlindən alır.
Həmçinin dindar insan ailə, qohum-qardaş və yaxınları ilə yaxşı və yaxın ünsiyyət qurmalı, onlara qarşı diqqətli olmalıdır. Allah-Taala ilə yaxın olmaq istədiyi kimi ətrafındakılar ilə də yaxın olmalıdır.
İnsan ailədə həyat yoldaşı, uşaqları və valideynləri ilə İslami əxlaqla rəftar etməli və ailə mühitini mənəviyyatlı saxlamalıdır.
1040614
captcha