IQNA

Malaziya Beynəlxalq Quran yarışları iyul ayının 13-də başlayacaqdır

23:55 - June 30, 2012
Xəbər sayı: 2357713
Beynəlxalq qrup: Malaziya Beynəlxalq Quran qiraəti yarışları iyul ayının 13-də Kualalampur şəhərinin Dünya Ticarət Mərkəzinin binasında başlayacaqdır.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) “Bernama” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə bu yarışlar dünyanın 80 ölkəsindən 150 nəfər tanınmış qarinin iştirakı ilə Malaziyada 54-cü (54 il ardıcıl olaraq) dəfə keçiriləcəkdir.
Nur Ədnan Süleyman – Malaziyanın Turizim Təşkilatının məsullarından biri, bu xəbəri elan edərək deyib: Bu yarışlar keçirilən müddətdə Asiyanın Cənub Şərqindən olan ölkələrdən min nəfərdən çox turist bu müsabiqələrdə iştirak edtmək və Malaziyanı gəzmək üçün bu ölkəyə səfər edəcəklər. Bunun üçün Malaziyanın Turizim şirkəti İslami Qloballaşdırma təşkilatının həmkarlığl ilə bu ölkəyə gələcək turistlər üçün dini turlar hazırlamaqla məşğuldurlar.
Yarışlar müddətində bu ölkəyə İndoneziya, Sinqapur, Bronei, Taylan və Filippindən turistlərin gələcəyi gözlənilir.
İclaslarda iştirak, dini dialoqlar, İslami muzeylərə pulsuz baxış və s… turistlər üçün hazırlanmış proqramlardandır.

1040875
captcha