İQNA-nın (İran Quran Xəbər Agentliyi) Küveytin “KUNA” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Ənvar Ər-Rafei - Küveytin Əl Sənayesi və Folklor Mədəniyyətinin qorunması komitəsinin rəisi, elan edib ki, bu qədim Quran nüsxəsinin tarixi 1253-cü hicri-qəməri ilinə və Küveytin 3-cü əmiri Sultan Şeyx Cabir bin Əbdullah bin Səbah zamanına qayıdır.
Bu qiymətli nüsxə Süleyman bin Məhəmməd Ali Ğanim tərəfindən xəttatlıq edilib yazılmış və hal-hazırda qənaətbəxş bir haldadır.
Bu nüsxə 3 muzeydə, o cümlədən Küveytin Həvla şəhərinin muzeyində sərgilənəcək.
1040980