IQNA

İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında “Quranla ülfət” beynəlxalq qiraət məclisi keçirildi

18:02 - July 03, 2012
Xəbər sayı: 2360348
Beynəlxalq qrup: “Quranla ülfət” beynəlxalq qiraət məclisi İran və Misirin beynəlxalq qarilərinin iştirakı və İmam Hüseynin (ə) ziyarətgahı nəzdində olan “Darul-Quranil-Kərim”in təşəbbüsü ilə Kərəbəla şəhərində keçirildi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) istinadən verdiyi xəbərə görə bu Quran məclisi iyul ayının 1-də qiraət məclisi İranın beynəlxalq qarilərindən biri və Misirin Qarilər birliyinin rəisi Məhəmməd Məhmud Ət-Təblavinin iştirakı ilə keçirilmişdir.
İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının “Quranla ülfət” məclisi Üsamə Kərbəlayinin – Kərbəlanın Darul-Quranil-Kərim idarəsinin nəzdində olan “Qarilər və Hafizlər birliyi”nin rəisi, Quran tilavəti ilə başladı.
Məclisdə İranlı və İraqlı qarilər Quran tilavət etdilər.
İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının “Quranla ülfət” məclisi Ramazan ayında da təşkil olunacaqdır.
1043707
captcha