IQNA

20:35 - July 11, 2012
Xəbər sayı: 2366484
İctimai qrup: Mübarək Ramazan ayında Beytullhahul-Həramda Həcc-Ümrə zairlərin çoxalacağı nəzərə alınaraq “Məscidul-Həram”ın yeni genişləndirmə planın ilk mərhələsi Ramazan ayında istifadəyə veriləcəkdir.
İQNA-nın Həcc xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Şeyx Abdurrahman Südeys – Hərəmeynuş-şərifeyn (iki müqəddəs hərəm = Məkkə və Mədinə) idarə işlərinin rəisi, deyib: Mübarək Ramazan ayında Beytullhahul-Həramda Həcc-Ümrə zairlərin çoxalacağı nəzərə alınaraq “Məscidul-Həram”ın yeni genişləndirmə planın ilk mərhələsi Ramazan ayında istifadəyə veriləcəkdir.
Məlik Abdullahın – Ərəbistan padşahı, göstərişinə əsasən bu plan bir müddət öncədən işlənməyə başlanmışdır ki, planın ilk mərhələsi Ramazan ayında istifadəyə veriləcəkdir.
Bu planda yeni 200 min nəfər namazqılan üçün məkan problemi həll olacaqdır. Həmçinin Məscidul-Həramın birinci mərtəbəsi yeni həcc ili üçün genişləndiriləcəkdir.
Məlik Abdullahın – Ərəbistan padşahı, yeni əmrinə əsasən daha 1 milyon nəfər namazqılanın yerləşdirilməsi üçün yeni genişləndirmə planı hazırlanır.
Qeyd edək ki, bu genişləndrimə planı dini irsimizə də öz zərərini vurmuş və Məkkə və Mədinədə bəzi müqəddəs və tarixi məkanların (Cin məscidi kimi) dağıdılmasına səbəb olmuşdur.
1048455
Ad:
E-poçt:
* Comment:
* captcha: