İQNA-nın (İran Quran Xəbər Agentliyi) «ic-el» saytına istinadən verdiyi xəbərə görə bu yarışlarda iştirak etmək hamı üçün azaddır. Bu yarışlar Ramazan ayının 23-dən 25-dək İngiltərənin İslam mərkəzində keçiriləcəkdir.
Bu İslami mərkəz Ramazan ayının 14-də uşaqlar arasında keçiriləcək Quran hifzi müsabiqələrinə də evsahibliyi edəcək.
Bu İslami mərkəzdə Ramazan ayında axşam namazından bir saat öncə Qurani-Kərimdən dərslər də keçiriləcəkdir. Dərslər Höccətül-İslam Əbdülhüseyn Muizzi, Məhəmməd Səid Bəhmən Pur və Məhəmmədəli Şimali tərəfindən tədris olunacaqdır.
Mərkəzdə uşaqlar, cavanlar və qadınlar üçün Quran təlimi dərsləri də olacaqdır. Qədr gecələrində Quran tilavəti, Cövşən Kəbir duası və əzadarlıq proqramları olacaqdır.
1052149