IQNA

Universitet cihadının əməliyyat planı: Ali Dini Rəhbərin baxımından Cihad məfhumunu həyata keçirmək

12:11 - July 24, 2012
Xəbər sayı: 2376259
İctimai qrup: Universitet Cihadının mədəni işlər üzrə müavini Universitet Cihadının əsas əməliyyat planı Ali Dini Rəhbərin baxımından Cihad məfhumunu həyata keçirmək olduğuna işarə edərək dedi: İslam İnqilabının arif və alim rəhbərinin fikrincə cihad düşmən və maneə qarşısında dayanmaqdır
Əlirza Zücaci - Universitet Cihadının mədəni işlər üzrə müavini, İQNA ilə müsahibəsində Universitet Cihadının mədəni rolu ilə bağlı Ali Dini Rəhbərin sözlərinə istinad edərək dedi: Böyük İnqilab rəhbəri Universitet cihadını İnqilabın əsas və üsullarından hesab edir. Əziz Rəhbərimiz Universitet Cihadında təlim və tədqiqatın mədəniyyətlə əlaqəli olduğunu deyir. O həzrət Universitet cihadını iki mürəkkəb sözdən (cihad və universitet) ibarət olduğuna işarə edərək bildirmişlər ki, Universitet cihadında həm cihad və həm də universitet tələblərinə uyğun əməl edilməlidir. Cihadın xüsusi mənası vardır və hər iş cihadi sayılmır.
Ali Rəhbərin fikrincə cihad bir mübarizədir ki, müxtəlif növləri ola bilər. Amma onun bütün növlərinin bir müştərək nöqtəsi var: Düşmən və maneə qarşısında dayanmaq və onunla mübarizə etmək.
Buna görə də əgər "Cihade-daneşgahi" (universitet cihadı) müxtəlif elmi sahələrdə fəaliyyət göstərsə, amma bu fəaliyyət düşmənə qarşı deyilsə buna cihad demək olmaz və "cihade-daneşgahi" öz hədəfinə doğru getməmişdir.
Zücaci: "Cihade-daneşgahi"nin 7000 işçisi vardır ki, bunun 1600 nəfəri elmi heyətin üzvüdürlər. Bu üzvlər 30 ildir ki, tam eqş və sevgi ilə bu yolda çalışırlar.
1060027
captcha