IQNA

Sosial şəbəkələrdə (Kiberməkanda) dinin təbliği; strategiyalar və xəsarətlər/33

Dinin təbliğində müxatəblə yeni üsullarla rabitə yaratmağın zəruriliyi / Sosial şəbəkələr və kiberməkan

12:35 - July 24, 2012
Xəbər sayı: 2376295
Kiberməkan qrupu: Biz dinin təbliğində müxatəblə yeni üsullarla rabitə yaratmağı bacarmalı, kiberməkanda müxatəblərin sual və şübhələrinə cavab verməliyik və bu məsələyə xüsusi diqqət yetirməliyik. Əgər bunu bacararsaq kiberməkanda din təbliğində uğur qazanmış sayılarıq.
Seyid Məhəmməd Hüseyni – İslam İrşadı və Mədəniyyət naziri, İQNA ilə xüsusi müsahibəsində dedi: Kiberməkanda təbliğ etməyin yollarından biri istifadəçilərin sual və şübhələrinə cavab verməkdir ki, bu məkanda çoxlu şübhələr və şükürlər olsun ki, çoxlu cavablar da vardır. Biz dinin təbliğində müxatəblə yeni üsullarla rabitə yaratmağı bacarsq, kiberməkanda müxatəblərin sual və şübhələrinə cavab versək və bu məsələyə xüsusi diqqət yetirsək kiberməkanda din təbliğində uğur qazanmış sayılarıq.
Təcrübə göstərib ki, suallar zehnlərdə ki, şübhələrdən ilham alır və ictimaiyyətdə müzakirə olunur. İnternet istifadəçiləri də özlərinə lazım olan sualların sorağına gedirlər ki, öz cavablarını alsınlar.
Buna görə də biz dinin təbliğində müxatəblə yeni üsullarla rabitə yaratmağı bacarmalı, kiberməkanda müxatəblərin sual və şübhələrinə cavab verməliyik və bu məsələyə xüsusi diqqət yetirməliyik. Əgər bunu bacararsaq kiberməkanda din təbliğində uğur qazanmış sayılarıq.
Hüseyni dedi: Bu yöndə gərəkli addımlar atılmış, amma intenet fəzasının tutumunun böyük olduğu üçün biz bundan da artıq fəaliyyət göstərə bilərik. Bu sahədə ideal həddə çatmaq üçün çalışmalıyıq.
1060013
captcha