İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Quran və İslam radioları birliyi Miyanmardakı müsəlmanların qətliamı haqqında bəyaniyyə yayıb ki, bəyaniyyənin mətni belədir:
"Bismillahirrəhmairrəhim.
"ان الله يدافع عن الذين آمنوا ان الله لا يحب كل خوان كفور* اذن للذين يقاتلون بانهم ظلموا و ان الله علی نصرهم لقدير" (حج/38 و 39).
1. " Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!
2. Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! (Həcc /38-39).
Mənəviyyatsız və əxlaqsız maddiyyata söykənmiş "Mədəniyyət və Sivilizasiya" zamanında hər gün müxtəlif bəhanələrlə günahsız insanlar əziyyət olunur, işgəncələrə məruz qalır və öldürülürlər. Bu gündə bu mədəniyyətin davamında Miyanmar müsəlmanları qətliam olmuşdur. İnsan haqları müdafiəçisi olduğunu iddida edən beynəlxalq təşkilatlar susaraq və cinayəti imzalayırlar. Bu isə "mədəniyyətli" qərbin İslamofobiya siyasətinin aşkar nümənəsidir.
Quran və İslam radioları birliyi Miyanmardakı uşaqların, qadınların, qocaların və kişilərin qətliam olmasını kəskin şəkildə məhkum edir və BMT-nın baş katibi və İnsan Haqları komisarından tez bir zamanda bu cinayətin amillərinin cəzalandırılmasını istəyir.
Quran və İslam radioları birliyi
1061441