Beynəlxalq qrup: "Allahın elmi; Varlığın ruhu təsvir və fikir güzgüsündə", "Allahın Qüdrəti" və "Allahın yaradıcılığı" etiqadi kitablar məcmuəsi Tehranın XX Beynəlxalq Quran sərgisində oxuculara təqdim edildi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) XX Beynəlxalq Quran sərgisindən verdiyi xəbərə görə bu kitab Şaren Beglinin müqəddiməsi ilə Maykl Reyqan tərəfindən toplanılmış və Fərnaz Frud onu Fars dilinə tərcümə etmişdir.
Bu kitabın müqəddiməsində oxuyuruq: "Yaradılış aləminin heyrətəngiz təsvirləri, dini öndərlərin ilhambəxş peyğamları və mövcudluğumuzun qiymətliliyi bu əsərdə dəqiq təsvir olunmuş və insanı təfəkkürə vadar edir".
Bu kitabda Enişteyndən belə nəql olunur: "Elm dinsiz ləngdir və din elmsiz kordur".
Bu kitabı Tehranın 17-ci, 20-ci, 22-ci, 23-cü və 24-cü beynəlxalq kitab sərgisinin qalibi olan "Elmi və Mədəni nəşriyyat" şirkəti 2000 nüsxədə çap etmişdir.
1065453