Ədəbiyyat qrupu: Həftənin Cümə günü (10 Avqust) XX Beynəlxalq Quran Sərgisinin Darul-Kitabət ğürfəsində "Qurani-Kərimin katibləri (yazanları, xəttatları)" mövzusunda elmi-ixtisas toplantısı keçiriləcək.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə həftənin Cümə günü (10 Avqust) Ramazan ayının 21-də XX Beynəlxalq Quran Sərgisinin Darul-Kitabət ğürfəsində elmi toplantılar silsiləsindən "Qurani-Kərimin katibləri (yazanları, xəttatları)" mövzusunda elmi-ixtisas toplantısı keçiriləcək. Toplantıda tanınmış hüsni-xətt ustaları və mahir xəttatlar iştirak edəcəklər.
Bu xəbərə görə adı gedən iclas cümə günü Tehran vaxtı ilə saat 21:30-da təşkil olunacaqdır. Bu iclasda Qurani-Kərimin yazılma üsulları müzakirə ediləcək və həmçinin tanınmış və seçilmiş Quran xəttatları mükafatlandırılacaqlar.
Qeyd edək ki, XX Beynəlxalq Quran sərgisi İmam Xumeyni Müsəllasının şəbistanında İyul ayının 15-dən işə başlamış və Avqust ayının 15-də yekun mərasimi keçirərək sona yetəcəkdir.
1074145