IQNA

Fars körfəzinin təhlükəsizliyi ABŞ hərbiçilərinin regiondan çıxmasına bağlıdır

12:44 - August 15, 2012
Xəbər sayı: 2393680
Siyasi qrup: Sərdar (hərbi rütbə) Cəzairi ABŞ-ın hərbu gəmisinin Yaponiyanın neftdaşıyan gəmisi ilə toqquşmasına işarə edərək deyib: Xəbərdalıq edirik ki, əgər dünya Fars körfəzi və Hörmüz boğazında rahat, təhlükəsiz və asudə ticarət etmək və gəmilərinin təhlükəsizliyini istəyirlərsə ABŞ hərbiçilərini Fars körfəzi regionundan çıxartmaq üçün onlara təzyiqlər göstərsinlər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İİR-in Silahlı Qüvvələr Qərargahının ümumi əlaqələr idarəsinə istinadən verdiyi xəbərə görə Sərdar Seyid Məsud Cəzairi - İİR-in Silahlı Qüvvələr Qərargahının Bəsic və Müdafiə mədəniyyəti işləri üzrə müavini, ABŞ-ın hərbu gəmisinin Yaponiyanın neftdaşıyan gəmisi ilə toqquşması haqqında deyib: Şübhəsiz ki, ABŞ hərbiçiləri Fars körfəzi regionunda təhlükəsizliyi pozur və bu kimi hadisələr öncədən də gözlənilirdi.
Sərdar Seyid Məsud Cəzairi - İİR-in Silahlı Qüvvələr Qərargahının Bəsic və Müdafiə mədəniyyəti işləri üzrə müavini, Fars körfəzi ölkələrinə xitab olaraq deyib: Fars körfəzi ölkələri regionda təhlükəsziliyin kamil qorunması üçün çalışmalıdırlar. Bu sahildə yaşayan xalqlar xarici hərbiçilərin regionda hüzurundan narahatdırlar. Biz dəfələrlə demişik ki, Fars körfəzi ölkələrinin təhlükəsizliyi ABŞ hərbiçilərinin regiondan çıxmasına bağlıdır.
1078293
captcha