IQNA

Kərbəlada bu gün sübh Fitr namazı Beynul-Hərəmeyndə qılındı

22:23 - August 20, 2012
Xəbər sayı: 2396219
Beynəlxalq qrup: Fitr namazı bu gün Kərbəlada İmam Hüseyn (ə) və Həzrət Əbbasın məzarları arasında böyük bir şövkət və təm-təraqla qılındı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Kərbəladan verdiyi xəbərə görə Fitr bayramının namazı bu gün 20 avqust tarixində yerli vaxtla sübh saat 6-da Ayətullah Seyid Murtəza Qəzvininin imamlığı ilə qılındı.
Namazqılanların sayının çoxluğundan namaz sıraları iki hərəmin arasından Zeynəbiyyə təpəsinə qədər uzanmışdır. Bu namazda müxtəlif ölkələrdən olan şiələr iştirak etmişlər.
1082222
captcha