Siyasi qrup: "Qoşulmama hərəkatı tarixinin qızıl fəsli" kitabının ki, İran İslam Respublikasının Sülhamiz Nüvə proqramlarının Qoşulmama hərəkatı tərəfindən himayə olunmasının 10 illik sənədlərini ehtiva edir, İİR-in Nüvə enrjisinin Beynəlxalq təşkilatındakı nümayəndəsi Əliəsğər Sultaniyyənin iştirakı ilə açılış mərasimi oldu.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İİR-in Nüvə enrjisinin Beynəlxalq təşkilatındakı nümayəndəsi Əliəsğər Sultaniyyə dünən (29 avqust) Qoşulmama hərəkatına üzv olan ölkələrin baş nazirlərinin 16-cı iclasının haşiyəsində xarici və daxili KİV-lərin iştirak etdiyi mətbuat konfransında müxbirlərin suallarını cavablandırıb və Nüvə enrjisinin Beynəlxalq təşkilatının İranla həmkarlıq etdiyinı işarə edib.
O deyib ki, Nüvə enrjisinin Beynəlxalq təşkilatının tədqiqatçıları İranın nüvə proqramlarını diqqətlə izləyir və bunun sülhamiz olduğunu təsdiqləyirlər.
O deyib: Bu gün bizim yoldaşlarımızın səyi ilə Viendə hazırlanmış "Qoşulmama hərəkatı tarixinin qızıl fəsli" kitabının ki, İran İslam Respublikasının Sülhamiz Nüvə proqramlarının Qoşulmama hərəkatı tərəfindən himayə olunmasının 10 illik sənədlərini ehtiva edir, açılış mərasimi olacaq. Kitabda Nüvə enrjisinin Beynəlxalq təşkilatının tədqiqatçılarının, müxtəlif ölkələrin nümayəndələrinin və səfirlərinin İranın nüvə proqramlarını izlədiyi və baxış keçirdiyi şəkillər də dərc olunmuşdur.
O, müxbirlərin suallarının cavablarında bildirib ki, İranın Nüvə proqramlarında heç bir qeyri-qanuni hal yoxdur və aAvropa və Amerikanın haqqımızda dedikləri yalnız dəlilsiz ittihamlardır. İran nüvə silahı ardınca deyil və İslam İnqilabı rəhbəri nüvə silahlarından istifadəni haram etmişdir.
O, Qoşulmama hərəkatına üzv olan ölkələrin 16-cı iclasına gələnlərin də İran Nüvə proqramlarını yaxından izləyə biləcəklərini deyib.
1087022