Siyasi qrup: Qoşulmayanlar (qeyri-mütəəhhid, qeyri-öhdəçilik) hərəkatına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin 16-cı iclasında bu hərəkatın (Qoşulmayanlar (qeyri-mütəhhid, qeyri-öhdəçilik) hərəkatı) başçılığı Misirin Xarici İşlər Nazirinin müavini tərəfindən İİR-in Xarici İşlər Naziri Əli Əkbər Salehiyə tapşırıldı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Qoşulmayanlar (qeyri-mütəəhhid, qeyri-öhdəçilik) hərəkatına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin 16-cı iclasında dünən (29 avqust) bu hərəkatın (Qoşulmayanlar (qeyri-mütəəhhid, qeyri-öhdəçilik) hərəkatı) başçılığı Misirin Xarici İşlər Nazirinin müavini İzziddin Rəmzi tərəfindən İİR-in Xarici İşlər Naziri Əli Əkbər Salehiyə tapşırıldı.
Misirin Xarici İşlər Nazirinin müavini İzziddin Rəmzi öz çıxışında təşkilata üzv olan ölkələri dünyada sülhün bərqərar olması üçün terrorizmlə və nüvə silahlarından istifadəyə qarşı mübarizəyə tövsiyə etdi. Həmçinin Fələstinin azad olunması və Beytül-müqəddəsin bu ölkənin paytaxtı olması məsələsini ön planda saxlamağın bu təşkilatın əsas hədəflərindən olduğunu vurğuladı.
Bu iclasın sonunda Məhəmmədmehdi Axundzadə - Qoşulmayanlar (qeyri-mütəəhhid, qeyri-öhdəçilik) hərəkatının 16-cı iclasının siaysi mütəxəssislərinin rəisi, məruzə edərək Azərbaycan və Ficinin də bu təşkilata üzv olara qəbul olunduqlarını xəbər verdi.
Bu iclasda siyasi və iqtisadi-ictimai komitə də təşkil olundu ki, Kuba və Misir bu iki komitənin rəsiliklərini qəbul etdilər.
Həmçinin iclasda İran üçün təşkilatın idarəsinə görı beş qitədən 20 müavin də seçildi.
1086837