İQNA-nın (İran Quran Xəbər Agentliyi) "saphirnews" saytına istinadən verdiyi xəbərə görə bu toplantı "İlahi sayəsində bir ümmət: müştərək maraqlar üçün mübarizə" şüarı ilə Şimalı Amerikanın müsəlman cəmiyyəti tərəfindən təşkil olunmuşdur və sentyabr ayının üçünə qədər davam edəcəkdir.
İslami filmlər festivalı, Quran hifzi və qiraəti yarışları, İslami əsərlər sərgisi (xəttatlıq, rəssamlıq, fotoqalareya) bu toplantının proqramlarındandır.
Bu toplantının haşiyəsində müxtəlif elmi iclaslar İslami mövzularda (İslam şəriəti və iqtisad, müsəlman ailəsi, Miyanmar müsəlmanlarının vəziyyəti və İslamofobiya) keçirilmişdir.
Toplantıda Kanada müsəlmanları da iştirak etmişdirlər.
1088860