İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Müstəzəfin Bəsiclər Təşkilatı müsəlmanların müqəddəslərinin təhqir olunması və Amerikada İslam əleyhinə film çəkilməsinə reaksiya verərək bəyaniyyə yayıb bu mənfur və axmaq layihəni məhkum etdi.
Bəyaniyyədə Amerikanın bu axmaq addımının səbəbi kimi ABŞ-ın dünyada ardıcıl olaraq məğlubiyyətə uğraması göstərilib. Onlar öz kinlərini İslamı və müsəlmanları təhqir edərək aşkar edirlər.
Onlar bu layihədə müsəlmanları təhqir etməkdən əlavə onları bir-birinin canına düçar etmək niyyətində idilər ki, onların bu mənfur niyyəti müsəlman cavanların oyaqlığı və zəkası nəticəsində puç oldu. Qeyrətli Misir və Liviya cavanları ABŞ-a göstərdiki İslam ümməti oyaqdır və öz böyük düşmənini yaxşı tanıyır.
Bu axmaq rejim nə qədər İslamı ləkələmək üçün çox əl-ayaq çalırsa İslam da bir o qədər dünyada gözəl tanınır.
Mənfur Amerika və Sionist rejimləri bilsinlər ki, onların dağılması və məhv olmalarına çox az qaldı.
Biz İmam Zaman (ə.c) baş sağlığı verir və bütün dünya müsəlmanlarından istəyirik ki, öz qəzəblərini və nifrətlərini bu mənfur rejimə qarşı elan etsinlər.
1097370