Beynəlxalq qrup: "İSESCO" – (İslami Təlim, Elm və Mədəniyyət Təşkilatı) bəyaniyyə yayaraq Amerikada yaşayan Qibti soylu (Yəhudi) Misirlilər tərəfindən "Müsəlmanların günahsızlığı" adlı filmin çəkilişini məhkum etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "İSESCO"-nun xəbər saytına istinadən verdiyi xəbərə görə "İSESCO" – (İslami Təlim, Elm və Mədəniyyət Təşkilatı) müqəddəs İslam Peyğəmbərini (s) təhqir edən Amerikada yaşayan Qibti soylu (Yəhudi) Misirlilər və ifratçı keşiş Teri Conz tərəfindən "Müsəlmanların günahsızlığı" adlı filmin hazırlanmasını məhkum edərək dedi: "Belə bir təhqiredici filmin hazırlanması dünya sülhünü təhlükə altına atır. Bu cür filmin hazırlanması çox mənfur bir addımdır ki, İslam Peyğəmbərini (s) və müsəlmanları təhqir etmək üçün atılmış və tarixi mənbələrlə heç bir əlaqəsi yoxdur".
"İSESCO" – (İslami Təlim, Elm və Mədəniyyət Təşkilatı) Amerika dövlətindən bu cinayətkarların cəzalandırılmasını istəmişdir. Çünki bu filmin çəkilşi dünya müsəlmanlarına qarşı kobudluğu artıracaq və beynəlxalq sülhü təhlükə altına atacaqdır.
BMT, UNSCO, Beynəlxalq İctimaiyyət və İslami Həmkarlıq Təşkilatı ölkələri bu filmin çəkilişini məhkum edərək bu cinayəti edənlərə qarşı mübarizə üçün elmi yollar təqdim etsinlər.
1097919