IQNA

İslami müqəddəsləri təhqir etməyi qadağan edən beynəlxalq qanun qəbul edilsin

23:26 - September 16, 2012
Xəbər sayı: 2412917
Beynəlxalq qrup: Əhməd Təyyib – Əl-Əzhərin Şeyxi, sentyabr ayının 15-də BMT-dən (Birləşmiş Millətlər Təşkilatı) tələb etdi ki, İslami müqəddəsləri təhqir edənlərlə mübarizə üçün İslami müqəddəsləri təhqir etməyi qadağan edən beynəlxalq qanun qəbul edilsin.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "maghrebemergent" xəbər saytına istinadən verdiyi xəbərə görə Amerikada "müsəlmanların məsumiyyəti" adlı İslamı təhqir edən filmin çəkilib yayılmasından Əhməd Təyyib – Əl-Əzhərin Şeyxi, Ban Ki Muna – BMT-nin baş katibi, məktub yazaraq İslami müqəddəsləri təhqir edənlərlə mübarizə üçün İslami müqəddəsləri təhqir etməyi qadağan edən beynəlxalq qanun qəbul edilməsinin zəruriliyini vurğuladı.
Bu qanunda müsəlmanların və başqa dinlərin müqəddəslərini hər növlə təhqir edənlər üçün cəzalar təyin edilsin. Çünki müqəddəslərin təhqir olunması beynəlxalq sülhün və təhlükəsizliyin zərərinədir. BMT-in vəzifəsidir ki, beynəlxalq sülhü qoruyub saxlasın və hər bir kobud hərəkətlərə qarşı reaksiya göstərsin.
Əhməd Təyyib – Əl-Əzhərin Şeyxi, bir daha bu mənfur addımı məhkum edərək dünya müsəlmanlarını səbirli olmağı dəvət etdi.
1099184
captcha